2019 "Nəsimi ili" oldu

11 Yanvar, 2019 14:12 | Mədəniyyət | Baxış sayı: 56
Nəsimi
Nəsimi

Bu il dahi şairin 650 illiyi qeyd ediləcək

Prezident İlham Əliyev 2019-cu ili Azərbaycanda “Nəsimi İli” elan edib.

Dövlət başçısı bunu Nazirlər Kabinetinin 2018-ci ilin sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında bildirib.

Prezident İlham Əliyev böyük Azərbaycan şairi İmadəddin Nəsiminin 650 illik yubileyini nəzərə alaraq bu ili ölkəmizdə “Nəsimi İli” elan etdiyini deyib.