Xalq artistinin əleyhinə petisiya keçirilir - Onu efirdə görmək istəmirlər

11 Yanvar, 2017 15:13 | Mədəniyyət | Baxış sayı: 286
Alla Puqaçova
Alla Puqaçova

Petisiyada artıq 100 mindən çox insan iştirak edib

Rusiyanın xalq artisti Alla Puqaçova gözlənilmədən növbəti qalmaqalın mərkəzinə düşüb. 

İstiPress xəbər verir ki, Puqaçovanın Yeni İl gecəsi Rusiya telekanallarında çox çıxış etməsi və ona ayrılan vaxtın çox olması bir sıra rusiyalıların ürəyincə olmayıb. Onlar növbəti Yeni İl gecəsi efirdə xalq artistinin az görünməsi üçün petisiya təşkil edib. Artıq 100 mindən çox insan petisiyada iştirak edib. Müğənninin ünvanına saysız neqativ və təhqur dolu şərhlər yazılıb.

Miqyasın böyük olması səbəbindən Puqaçova özü də məsələyə münasibət bildirib. O, sosial şəbəkədəki hesabında onu sevməyənlərə ismarış ünvanlayıb:

"Hə, məni sevməyənlər dirçəlib? Bu çox gözəldir! Deməli, həyat davam edir. Mənim gücümü sevənlərimdən və dəstəkləyənlərimdən alıram. Buna bir daha əmin oldum - əsl sevgi!".

Artıq minlərlə insan Puqaçovanın tərəfini tutub. Ona dəstəyini bildirib. Sənətçinin qızı, müğənni Kristina Orbakayte də anasına dəstək çıxıb.