Türk dünyasının məşhur aktrisası ölüm ayağındadır - FOTO

11 Yanvar, 2017 16:22 | Mədəniyyət | Baxış sayı: 178
Fatma Girik - aktrisa
Fatma Girik - aktrisa

Aktrisanın vəziyyəti yaxşı deyil

Klassik türk filminin tanınmış siması Fatma Girik səhhəti ilə bağlı açıqlama verib. İstiPress-in məlumatına görə, yaxın günlərdə iki dəfə əməliyyat edilən Girik vəziyyətinin yaxşı olmadığını deyib. Aktrisa verdiyi açıqlamada yaxşı olmadığını, evdə istirahət etdiyini deyib.

"Uzun müddətdir evimdə istirahət edirəm. 10 gündən bir xəstəxanaya gedib MR çəkdirirəm. "Necəsən?" - deyə soruşsanız o qədər də yaxşı deyiləm, vəziyyətim də yaxşıya getmir. Amma dincəlirəm."Bir müddət əvvəl çanaq sümüyünə platin taxılan aktrisa hamını bərabərliyə dəvət edib: "Özüm üçün səhhət, ölkəm üçün rifah arzulayıram. Lütfən artıq birlik olaq, bunun vaxtıdır." - deyə Fatma Girik bildirib.  Qeyd edək ki, 75 yaşlı aktrisa 180-dən çox filmdə çəkilib. 

Fatma Girik - aktrisa
Fatma Girik - aktrisa