ŞOK! Müğənni "Reina"dakı terrora mahnı bəstələdi: "Türklər ağlamalı, zırıldamalı" - VİDEO

11 Yanvar, 2017 12:29 | Mədəniyyət | Baxış sayı: 140
Frederik Fromet - müğənni
Frederik Fromet - müğənni

İfaçının mahnısı izləyicilərini şoka salıb

Yeni il gecəsi təşkil edilən "Reina" terroru üçün fransalı müğənni Frederik Fromet  mahnı bəstələyib. İstiPress-in NTV-yə istinadən bildirir ki,   mahnıda: "Türklər ağlamalı, zırıldamalı", - kimi ifadələr yer alır. Türklərin heysiyyatına toxunan ifa Türkiyədə böyük səs küyə səbəb olub. İfaçının mahnısı izləyicilərini şoka salıb. Sosial şəbəkədə ifaçının izləyiciləri də ondan üz döndərib. 

Qeyd edək ki,  yeni il gecəsi İstanbulda 700 nəfərin olduğu məşhur kluba silahlı basqın zamanı 16-sı xarici olmaqla 39 nəfər ölüb, 69 nəfər yaralanıb. Ölən və yaralananlar arasında azərbaycanlılar da var. "Reina" terrorçusu hadisə zamanı əlcəkdən istifadə etdiyi üçün barmaq izi buraxmayıb. Terrorçunun kimliyi hadisə yerində çıxardığı papağındakı saç nümunələrindən təsbit edilib.

"Reina"dakı terrora mahnı bəstələdi