Günay İbrahimli hədələdi: "Qanun qarşısında cavab verəcək!"

11 Yanvar, 2017 15:37 | Mədəniyyət | Baxış sayı: 177
Günay İbrahimli
Günay İbrahimli

İfaçı artıq hesabını bərpa edib

Xəbər verdiyimiz kimi müğənni Günay İbrahimlinin "Instagram" hesabı bu gün hakerlər tərəfindən ələ keçirilib. İfaçı artıq hesabını bərpa edib. İstiPress-ə açıqlama verən G. İbrahimli bildirib ki, bunu edənlər cəzasını alacaq: "Bütün komandam hesabımın qaytarılması üçün çalışdı. Şükür ki, bir neçə saata məsələ həll olundu. Ancaq bunu edənlər qanunlar qarşısında cavab verəcək!".

Gunay İbrahimliyə "Instagram"da zərbə endirdilər - FOTO (İlk xəbər 14:21)

Müğənni Günay İbrahimli "Instagram" sosial şəbəkəsində haker hücumuna məruz qalıb. Hazırda sənətçinin şəxsi profilinə daxil olmaq mümkün deyil.

İstiPress xəbər verir ki, adıçəkilən sosial şəbəkədə G. İbrahimlini 800 minə yaxın insan izləyirdi. Müğənni "Instagram"ın ən aktiv yerli məşhurları sırasında idi. Mütəmadi olaraq yeniliklərini ilk olaraq izləyiciləri ilə bölüşürdü.

Bu gün isə hakerlər müğənninin şəxsi hesabını ələ keçirib. Hazırda onun profilinə daxil olmaq mümkün deyil.

Günay İbrahimlinin şəxsi hesabı hakerlər tərəfindən ələ keçirilib
Günay İbrahimlinin şəxsi hesabı hakerlər tərəfindən ələ keçirilib