Sevgilisi ilə yatağa girdi, hamamda çimdi VİDEO

10 Noyabr, 2017 15:30 | Mədəniyyət | Baxış sayı: 1535
Hadisə
Hadisə

Məşhur müğənninin fransız manikenlə görüntüləri

Türkiyənin ən məşhur ifaçılarından biri olan Hadisə yeni klipini təqdim edib. İstiPress-in məlumatına görə, Hadisə yeni klipi ilə şou-biznes aləmində hadisə yarada bilib. Belə ki, müğənni klipində fransalı model AurelienMuller ilə kamera qarşısına keçib. Klip cəsur səhnələri ilə uzun müddət müzakirə obyekti olacağa bənzəyir. 

"Sıfır Tolerens" adlı mahnıya çəkilən klipdə müğənni cəsarətli səhnələrlə boldur. Modellə olduqca səmimi görüntülər verən Hadisə hətta yarıçılpaq formada vannaya belə girib. 

Klipində ifaçı son 7 ildə bir ilkə də imza atıb. belə ki, o 2010-cu ildən bu yana tərəf müqabili olsa belə bir kişi ilə əl-ələ görüntülənib. Hadisə son dəfə 7 il öncə sevgilisi Sinan Akçılla əl-ələ tutuşan formada kameralara düşmüşdü.