Məşhur yumorist öldü

10 Noyabr, 2017 13:33 | Mədəniyyət | Baxış sayı: 239
Mixail Zadornov
Mixail Zadornov

O, uzun müddət beyin xərçəngindən əziyyət çəkib

SSRİ-nin və Rusiyanın ən məşhur yumoristlərindən biri, yazıçı Mixail Zadornov dünyasını dəyişib. İstiPress-in məlumatına görə, o, 70 yaşında vəfat edib.

M.Zadornov uzun müddət onkoloji xəstəlikdən əziyyət çəkib. Onun ağır xəstəlikdən əziyyət çəkdiyi ötən il bəlli olub. 2016-cı ilin sonlarında beyin xərçəngindən əziyyət çəkən yumorist əməliyyat edilib. Kimyaterapiyadan sonra onun səhhətində irəliləyiş var idi. 

Zadornov 1948-ci ildə Yurmalada anadan olmuşdu. еTelevizyada debütünü isə 1982-ci ildə edib. Lakin o iki il sonra tanınmağa başlayıb.