Kişi ilə evlənən homoseksual müğənni yenə ata oldu FOTOLAR

10 Avqust, 2019 15:03 | Mədəniyyət | Baxış sayı: 297
Riki Martin sevgilisi ilə
Riki Martin sevgilisi ilə

Bu dəfə onun qızı dünyaya gəlib

Bir neçə il öncə homoseksual olduğunu açıqlayar milyonlarla heyranını şoka salan Riki Martin artıq 3 uşaq atasıdır. Suriyalı müğənni olan, özü kimi cinsi azlıq nümayəndəsi Jvan Yosef ilə evlənən Martinin qızı doğulub. Onun üçüncü övladı bu ilin əvəllərində dünyaya gəlsə də, görüntüləri hələ indi yayılıb. Körpəni surroqat ana dünyaya gətirib. 

Dünyaca məşhur ifaçı qızı və həyat yoldaşının fotosunu paylaşaraq belə yazıb: "Gözəl və sağlam bir qız uşağı - Lusia Martin-Yosefin valideynləri olduğumuzu elan etməkdən qürur duyuruq. Gözlərimin işığı". 

Qeyd edək ki, 47 yaşlı ulduzun əkiz övladları da var. 11 yaşlı oğlanları da surroqat ana dünyaya gətirib.