Boşanmanın əvəzi - 1 ev, 1 maşın

10 Avqust, 2019 13:22 | Mədəniyyət | Baxış sayı: 152
Serdar Ortac və həyat yoldaşı
Serdar Ortac və həyat yoldaşı

5 illik evliliyi 5 dəqiqədə bitirən ifaçı keçmiş arvadına pul da ödəyəcək

Bir neçə gün öncə 5 illik münasibətinə son qoyan məşhur müğənninin arvadına verdikləri bəlli olub. Serdar Ortac illərlə onunla yaşayan keçmiş həyat yoldaşı model Xloeyə təzminat qismində bir ev və bir maşın bağışlayıb. Məlumata görə, o modelə aylıq ödəniş də edəcək. Lakin bu ödənişin məbləği hələlik bilinmir. 

Beş illik evli cülük boşanmadan sonra "sevərək evləndik, sevərək boşandıq" deyə jurnalistlərə açıqlama vermişdi.

Anlaşmalı şəkildə boşanan cütlük bir müddət daha eyni evdə yaşayacaq. 

Xatırladaq ki, S.Ortacın ayrılacağı barədə xəbərlər uzun müddət öncə yayılmışdı. İddiaya görə, Xloe ərinin məhkəməyə müraciət etdiyini prosesdən bir gün öncə öyrənib. Boşandıqları gün isə axşam saatlarında onun vəziyyəti pisləşdiyi üçün xəstəxanaya yerləşdirilmişdi.