Prezident xalq artistinə orden verdi

10 Avqust, 2018 18:57 | Mədəniyyət | Baxış sayı: 157
Sərəncam imzalandı
Sərəncam imzalandı

Prezident İlham Əliyev Teymur Göyçayevin “Şöhrət” ordeni ilə təltif edilməsi haqqında sərəncam imzalayıb.

İstiPress-in məlumatına görə, sərəncamda qeyd edilir ki, Azərbaycan musiqi mədəniyyətinin inkişafında xidmətlərinə görə Teymur Ənvər oğlu Göyçayev “Şöhrət” ordeni ilə təltif edilsin.

Teymur Ənvər oğlu Göyçayev  Azərbaycan dirijoru, Qara Qarayev adına Dövlət Kamera Orkestrinin bədii rəhbəri, Azərbaycan Respubikasının xalq artistidir.

Teymur Göyçayev
Teymur Göyçayev