Kulisə 100 dəsmal, təzə güllər və bol su VİDEO

10 Avqust, 2018 14:00 | Mədəniyyət | Baxış sayı: 111
Dua Lipa
Dua Lipa

Məşhur müğənninin konsert istəkləri təəccübləndirdi

Son zamanların ən məşhur gənc müğənnilərindən biri olan Dua Lipa Türkiyə konsertindən öncə istəkləri ilə təşkilatçıları heyrətləndirib. İstiPress-in məluma tına görə, gənc ifaçı Antaliyada konsert verməyə hazırlaşır. 

Gigiyenaya olduqca böyük önəm verən gənc qadın ilk olaraq kulisə 100 dəsmal istəyib. Onlardan 50-i əl, 50-i hamam dəsmalı olmalıdır. Bundan başqa qalacağı otağın dörd bir yanında böyük güzgülər qurulmalıdır. 

Dua Lipa heyəti ilə birlikdə gecəsi 15 min dollar olan villalarda qalacaq. O, qidası ilə bağlı da seçimini edib. Belə ki, onun menyusunda dönər, ayran, bal, evdə hazırlanan təzə kurabiyə, dəniz duzlu qara şokolad və s var.

Kulisin aydınlatmasında isə qətiyyən ağ işıqlardan istifadə edilməyəcək. Hər yerdə təzə güllər olmalıdır. Bundan başqa o gün ərzində içdiyi Hind cevizi suyundan da bol-bol təmin edilməsini tələb edib.