Minskdə Azərbaycan bayramı

10 Avqust, 2017 11:22 | Mədəniyyət | Baxış sayı: 43
Rəqqasələr
Rəqqasələr

Bayram avqustun 12-də olacaq

Belarusun paytaxtı Minskə Azərbaycan mədəniyyəti günləri olacaq. İstiPress-in məlumatına görə, bayram tədbirləri avqustun 12-də baş tutacaq. 

Şəhərdə həmin gün Azərbaycan musiqisi səslənəcək, "Qafqaz əfsanəsi" və Sarı gəlin kollektivləri milli rəqsləri nümayiş etdirəcəklər. 

Proqrama həmçinin Sabina Alaşovanın moda kolleksiyasının nümayişi, rəqs və kulinariya üzrə üzrə master klaslar daxildir. Festivalda Azərbaycana aid suvinerlərin satışı təşkil ediləcək, milli geyimlərlə şəkil çəkdirmək istəyənlər üçün fotozona yaradılacaq, nərd oyanamaq üçün oyun güşəsi olacaq.

Bayramda qonaqlara Azərbayacan mətbəxinin nümunələri, çirniyyat və çay təklif ediləcək.

Qeyd edək ki, Minskdə Azərbaycan gecəsi ikinci dəfə baş tutmalıdır.