Bakıda yarım milyon qazandı, arvadına cip aldı FOTO

10 Avqust, 2017 11:05 | Mədəniyyət | Baxış sayı: 468
"Range Rover"
"Range Rover"

Müğənnidən həyat yoldaşına möhtəşəm hədiyyə

Bakıda keçirilən "Formula-1" üzrə Azərbaycan Qran-prisində bir gecə səhnəyə çıxan meqastar Tarkan arvadına bahalı hədiyyə edib. İstiPress-in məlumatına görə, yarım illik qazancı dodaq uçuqladan ifaçı ötən ilin may ayında ailə qurduğu həyat yoldaşı Pınar Tevetoğlunu yeni maşınla sevindirib.

İyun ayında Bakıda bir neçə saatlıq çıxışı üçün 1,8 milyon lirə ( təqribən 500 min dollar), Harbiyyədə verdiyi 7 açıq hava konsertindən isə 5 milyon lirə qazanan Tarkanın seçimi cip olub.

Yeni "Range Rover"in qiyməti 800 min lirə (230 min dollar) civarındadır. 

Sevdiklərinə qarşı əliaçıqlığı ilə seçilən müğənni bir müddət öncə arvadına 200 min lirəyə tək daşlı üzük alıb.