Kianu Rivz “Marvel””in “Ölməzlər”də rol ala bilər

10 İyun, 2019 15:40 | Mədəniyyət | Baxış sayı: 19
Kianu Rivz
Kianu Rivz

Filmin aktyor heyəti də yavaş-yavaş formalaşmağa başlayır

Son olaraq “Con Uik 3”də (John Wick: Chapter 3 – Parabellum) filmsevərlərin qarşısına çıxan Kianu Rivz (Keanu Reeves), Marvelin “Ölməzlər” (The Eternals) filmində Ancelina Coli (Angelina Jolie), Riççard Medden (Richard Madden) və Kumail Nanjiani ilə birlikdə rol ala bilər.

İstiPress-in tvseans-a istinadla verdiyi məlumata görə, aprel ayında premyerası olan “Qisasçılar: Final” (Avengers: Endgame) ilə film dünyasında bir dövrü nöqtələyən Marvel, film kainatının gələcəyini planlamağa davam edir. "Qalaktika Müdafiəçiləri" (Guardians of the Galaxy)   kimi Marvel kainatında keçən kosmik bir hekayədən bəhs edəcək “Ölməzlər” (The Eternals) də, bu planlar arasında önəmli bir yer tutur. Keçən il premyerası olan “The Rider” ilə rəğbət qazanan Chloé Zhao‘nun rejissoru olacağı “Ölməzlər” (The Eternals) filmi üçün hazırlıqlar davam edərkən, filmin aktyor heyəti də yavaş-yavaş formalaşmağa başlayır.

“Oskar” mükafatlı aktrisa Ancelina Coli (Angelina Jolie) filmdəki əsas xarakterlərdən birini canlandıracağı mart ayında ortaya çıxmış, qısa müddət sonra Coliyə “The Big Sick” ilə uğur əldə edən Kumail Nanjiani və Train to Busan ilə tanınan cənubi koreyalı aktyor Ma Dong-seok da qatılmışdı. Keçən ay bu adlara “Game of Thrones” ilə uğur qazanan Riçard Meddenin (Richard Madden) da qatılacağı və gənc aktyorun filmin əsas xarakterlərindən Ikaris’ə həyat verəcəyi ortaya çıxdı.

Meddenin da proyektə daxil olmasıyla birlikdə aktyor heyəti formalaşmağa başlayan “Ölməzlər” (The Eternals) filmi üçün hazırlıqlar davam edərkən, aktyor heyətinə qatıla biləcək yeni bir ad daha gündəmə gəldi. Üstəlik bu ad son illərdə Con Uik (John Wick) rolu ilə yenidən filmsevərlərin rəğbətini qazanan Kianu Rivz (Keanu Reeves). MCU Cosmic’in xəbərinə görə, Kianu Rivzi(Keanu Reeves) Marvel Film Kainatına qatmaq istəyən Marvel, istedadlı aktyorla görüşməyə başlayıb.

Matthew K. Firpo və Ryan Firpo‘nun ssenarisini qələmə aldığı film, milyonlarca il əvvəldə keçəcək və Celestials adlı kosmik varlıqların, insanlar üzərində təcrübə keçməsi nəticəsində ortaya çıxan super güclü varlıqların hekayəsini danışacaq. Hələ rəsmi bir premyera tarixi açıqlanmamış olsa da, çəkilişlərinə avqust ayında başlanacaq “Ölməzlər” (The Eternals) filminin 2020-ci ildə premyerası gözlənilir.