Bütün Azərbaycanın "Qayınana"sı

10 Mart, 2018 11:35 | Mədəniyyət | Baxış sayı: 212
Nəsibə Zeynalova
Nəsibə Zeynalova

Nəsibə Zeynalovanın vəfataından 14 il keçir

14 il əvvəll, 10 mart ... Azərbaycanın ən məşhur, ən çox sevilən Xalq artisti Nəsibə Zeynalova həyatdan köçdü. Onu sevməyən adam tapılmazdı. Böyük istedad, səmimilik, sadəliyinə görə.

Nəsibə xanımın xatirəsi o qədər əziz olub ki, xanımın şərəfinə teatr adlandırıb. Hələ vəfatından öncə belə uzaq Moskvada belə onun adını daşıyan teatr açılmışdı. O, bir çox mükafatla təltif edilib. Amma ən əsası Azərbaycan xalqının sonsuz sevgisini qazanmışdı. Xalq heç zaman öz “Qayınana”sını unutmayacaq. 

Xatırladaq ki, bu gün Azərbayacanda Teatr günü qeyd edilir. XIX əsrin 70-ci illərində Azərbaycanda milli teatrın yaranması mədəniyyətimizin tarixində çox böyük hadisə oldu. 1873-cü il martın 10-da Bakı realnı məktəbinin teatr həvəskarları truppası tərəfindən M. F. Axundzadənin "Sərgüzəşti-vəziri-xani Lənkəran" komediyası tamaşaya qoyuldu.

AXC-nin yaranması milli teatrın fəaliyyətində də canlanmaya səbəb oldu. Dövlətin fəal köməyi və müdaxiləsi nəticəsində Azərbaycan teatrının inkişafında mühüm keyfiyyət dəyişiklikləri baş verdi. Teatrın repertuarına Azərbaycan tarixi və milli azadlıq mübarizəsi ilə bağlı yeni əsərlər gəldi. Cümhuriyyət hökumətinin bu sahədə məqsədyönlü addımlarından biri də Azərbaycan Dövlət Teatrının təşkili oldu.

Bu, Azərbaycan professional teatrının dövlət teatrı statusu alması demək idi. Bu teatrın pərdələri ilk dəfə 1918-ci il noyabrın 4-də N. Nərimanovun "Nadir şah" faciəsinin tamaşası ilə açılmışdı. Sovet hakimiyyəti illərində Azərbaycanda teatr sənəti daha da inkişaf etdi. Sovet ideologiyasını və rejimini tərənnüm edən əsərlərlə yanaşı, xalqın həyatı, güzəranı, tarixi keçmişi ilə bağlı əsərlər də repertuarlarda geniş yer almışdı. Məhz martın 10-u (köhnə stillə 22-si) - Azərbaycan milli teatrının əsası qoyulan günü teatrsevərlər Milli Teatr Günü kimi qeyd edirlər.

Azərbayacan kino və teatr sənətinin ən parlaq simalarından olan Nəsibə Zeynalova  da məhz bu gün  - 10 mart 2004-cü ildə Bakıda vəfat edib.