İlin ən yaxşıları seçildi - "Parazit" qalib oldu SİYAHI

10 Fevral, 2020 09:57 | Mədəniyyət | Baxış sayı: 68
"Oskar"
"Oskar"

"Oskar" 92-ci dəfə paylandı

Ötən gün yeni "Oskar"la öz sahiblərini tapıblar. Los Ancelesdə Amerika Kino Akademiyasının 92-ci mükafatlandırması baş tutub. 

İlin əsas mükafatının sahibi "Parazitlər" filmi olub. Adıçəkilən film "Ən yaxşı bədii film" nominasiyasının qalibi olub. Film həm də "ən orjinal ssenari" nominasiyasında mükafat qazanıb. Pon Çun Xo isə "ən yaxşı rejissor" kimi qələbə qazanıb.

"Ən yaxşı aktyor" "Joker" filmindəki roluna görə Hoakin Feniks olub. "Ən yaxşı aktrisa" nominasiyasında qızıl heykələ "Cudi" filminə görə Rene Zellveqer layiq görülüb.

"Ən yaxşı ikinci plan aktyoru" Bred Pitt  - "Bir dəfə Hollivudda"

"Ən yaxşı ikinci plan aktrisası"  Lera Dern - "Evlilik hekayəsi"

"Ən yaxşı sənədli film" - "Amerika fabriki"

"Ən yaxşı tammetrajlı animasiya" - "Oyuncaqların hekayəsi -4"

"Ən yaxşı qısa metrajlı animasiya"  -  "Saçlara sevgi"

"Ən yaxşı mahnı" - Elton Con – "Rocketman"

"Ən yaxşı saç və makiyaj" - "Bombshell"