Elza nəvəsinə təmtəraqlı parti etdi (VİDEO, FOTO)

10 Yanvar, 2017 11:58 | Mədəniyyət | Baxış sayı: 83
Elza Seyidcahan qızı, kürəkəni və nəvəsi ilə
Elza Seyidcahan qızı, kürəkəni və nəvəsi ilə

Səmərrux üçün mərasim paytaxtın elit şadlıq saraylarından birində baş tutub

Əməkdar artist Elza Seyidcahan qız nəvəsi Səmərrux üçün təmtəraqlı mərasim keçirib. İstiPress-in məlumatına görə, şənlik paytaxtın elit şadlıq saraylarından birində baş tutub. 

Sənətçi xoş gününün aparıcılığını telekanallardan birinin aparıcısı İlahə Nazimqızına həvalə edib. 

Sənətçinin ailəsi salona Azərbaycanın Dövlət Himninin sədalaçrı altında daxil olub. Tədbirə yerli şou biznesin ən tanınmış simaları da dəvət edilib. Mərasimdə iştirak edənlər arasında bir müddət öncə həbsdən çıxan aparıcı İlham Mirzəyev də olub. Teleaparıcı şənlikdə diqqəti üzərinə çəkməyi bacarıb. Demək olar ki, zala daxil olan əksər məşhurlar İ.Mirzəyev ilə xüsusi görüşüb. 

Elza Seyidcahan isə tədbirdə "Blue Lady" obrazında idi. Sənətçi başdan ayağa kimi mavi rəngə bürünmüşdü. Hətta üz kölgələri və dodaq boyasını belə mavi rəngdə etdirmişdi. Tədbirdə sənətçilər Kərim Abbasov və Nadir Qafarzadənin rəqs zamanı bir araya gəlməsi isə gecəyə xüsusi rəng qatıb. İkilinin möhtəşəm rəqsi hər kəsin onları izləməsi ilə nəticələnib.

"Açıldı" kəlməsi ilə yerli fenomenə çevrilən Samiraldo isə bu dəfə diqqətdən kənarda qalmağa çalışırdı. O, kənara çəkilib yaxın dostları ilə rəqs edirdi.

Gecədə xüsusi diqqət çəkən xanımlardan biri də teleaparıcı Zemfira Adıgözəlova idi. Parıltılı libası və gur saçları ilə o, addımbaşı diqqət mərkəzində idi.

Bundan başqa tədbirdə Könül Kərimova, Nüşabə Ələsgərli, meyxanaçı Samirə, Elton Hüseynəliyev, Rəşad İlyasov və digərləri iştirak edib.