Dünya şöhrətli ulduzlar Trampa qarşı yürüşə qatılacaq

10 Yanvar, 2017 18:08 | Mədəniyyət | Baxış sayı: 38

Hollivud ulduzları Skarlet Yohansson, Culiana Mur, Frensiz Makdormand, Keti Perri və Şer yanvar ayının 21-i Vaşinqtonda ABŞ prezidenti seçilən Donald Tramp əleyhinə yürüşə qatılacaqlar.

İstiPress xəbər verir ki, prezident əleyihə aksiya Trampın inaqurasiyasının səhəri gün keçiriləcək. Təşkilatçılar 200 mindən çox insanın aksiyada iştirak edəcəyini gözləyir.