Coli və Pitt razılaşdı

10 Yanvar, 2017 10:41 | Mədəniyyət | Baxış sayı: 17
Ancelina Coli və Bred Pitt
Ancelina Coli və Bred Pitt

Məhkəmə prosesinin məxfiliyi qorunacaq

Dünya şöhrətli aktrisa, Hollivudun ən gözəl qadınlarından biri hesab edilən Ancelina Coli 3 övladıın atası olan əri Bred Pittdən rəsmən boşanmaq barədə razılıq əldə edib. Cütlük artıq boşanma prosesinin məxfiliyi haqqında ortaq məxrəcə gəliblər. 

"Tərəflər və onların vəkilləri övladlarının və özlərinin şəxsi həyatının toxunulmazlığı haqqında razılıq imzalayıblar. Burada həmçinin bütün məhkəmə sənədlərinin də məxfiliyi qorunacaq, eləcə də ehtiyac olacağı təqdirdə, istənilən məsələnin daha tez həlli üçün hüquqi qərarı verməkdə kömək üçün hakimlərin cəlbi nəzərdə tutulub". 

Ötən ilin dekabr ayında məhkəmə Bred Pittə Ancelina Coli ilə boşanma prosesində uşaqlar üzərində himəyadarlıq barədə məlumatların məxfi saxlanması barədə iddiasını rədd etmişdi. 

Ancelina Coli və Bred Pitt övladları ilə gəzintidə
Ancelina Coli və Bred Pitt övladları ilə gəzintidə