Azərbaycanda çox məşhur aktyor dünyasını dəyişdi

09 Dekabr, 2017 12:30 | Mədəniyyət | Baxış sayı: 661
 Leonid Bronevoy - SSRİ xalq artisti
Leonid Bronevoy - SSRİ xalq artisti

Hamı onu «Gestapo» rəhbəri kimi tanıyırdı

Azərbaycanlılara "Baharın on yeddinci anı" filmindən tanınan məşhur aktyor, SSRİ xalq artisti Leonid Bronevoy dünyasını dəyişib.

İstiPress-in məlumatına görə, Leonid Bronevoy bu gün Moskvada keçinib. Onun dəfn mərasimi  Moskvanın "Lenkom" teatrında olacaq.

Azərbaycanlılar onu "Baharın on yeddinci anı" filmindən "Gestapo" rəhbəri Müller kimi tanıyırlar.

Dekabrın 27-də Leonid Bronevoyun 90 yaşı tamam olmalı idi.