Aktrisa idman zalından gizlin çıxmaq istəyib
Jurnalistləri görən azərbaycanlı aktrisa çətin vəziyyətə düşüb. Türkiyədə yaşayan Nəsrin Cavadzadə müntəzəm olaraq getdiyi idman zalından çıxarkən paparatzilərlə üz-üzə gəlib. Qapıdan çıxanda onları görən aktrisa yan çıxışa yönəlib. Onun zaldan gizlincə burdan çıxıb getmək istəyi alınmayıb.
Ağacların altından keçərək izini itirmək istəyən Cavadzadənin geyimi budaqlara ilişib. O, budaqların arasından çətinliklə də olsa çıxa bilib.
Baş verənlər jurnalistlərin də diqqətindən yayınmayıb. Azərbaycanlı məşhur "sizin qarşınıza bir islaq saçlarla çıxmamışdım. O da oldu" deyərək cavab verib.