Azərbaycanlı çoban "O səs Türkiyə"yə damğa vurdu VİDEO

09 Oktyabr, 2017 08:52 | Mədəniyyət | Baxış sayı: 634
Pərvin Səfərov
Pərvin Səfərov

Acun Ilıcalıdan qoyunların arasında mahnı oxuyan Pərvinə dəvət

"YouTube"də yayılan videosundan sonra məşhurlaşan azərbaycanlı çoban Türkiyənin TV8 telekanalının efirində yayımlanan məşhur “O Səs Türkiyə” yarışının yeni mövsümünə damğa vurub. İstiPress-in məlumatına görə, söhbət bir müddət öncə sosial şəbəkələrdə yayılan məhz bu ifasından sonra tanınmağa başlayan neftçalalı Pərvin Səfərovdan gedir. 

Pərvin ötən gecə yarışmada ona məhşurluq gətirən "Nazəndə sevgilim" adlı mahnını ifa edib. 

TV8-in rəhbəri və proqramın aparıcısı Acun Ilıcalı azərbaycanlı ifaçını təqdim edərkən onun “YouTube”da qoyunların arasında ifa edərək söylədiyi mahnını yerləşdirməsindən sonra məşhurlaşdığını deyib. O, yüzlərlə tamaşaçı qarşısında onun bu ifası monitor vasitəsilə nümayiş etdirib. Qeyd edək ki, Acun Ilıcalı internetdə yayaılan videodan sonra Pərvinin yarışa dəvət edilməsi üçün çoxsayalı mraciət aldıqlarını deyib. 

Azərbaycanlı gəncin ifasını Gökhan, Hadise və Murat Boz bəyənib. Pərvin yarışa Murat Bozla davam etməyə qərar verib.