"Aygün Kazımova bunu da etdi"

09 Oktyabr, 2017 15:19 | Mədəniyyət | Baxış sayı: 412
Aygün Kazımova
Aygün Kazımova

Natavandan gözlənilməz açıqlama

"Həmin gün səhnədə doğruçu, səmimi Aygün Kazımovanı gördüm. Mən də hamı kimi sevindim, təbrik edirəm. Çox səviyyəli idi. Hər şeydən xoşum gəldi, axarıncı olsun".

Bu sözləri müğənni Natavan Həbibi illərdir küsülü olduğu xalq artisti Aygün Kazımovanın ünvanına deyib. 

Natavan Kazımovanın "Kristal hall"da baş tutan solo konsertindən bir gün əvvəl sosial şəbəkədə etdiyi paylaşımdan danışıb. Sənətçi "Xəzər maqazin"ə açıqlamasında bildirib ki, bunu pis məqsədlə etməyib:

"Kiminsə uğuruna pis olanlardan deyiləm. Məni paxıl kimi təqdim etmək istədilər. Mən paxıl deyiləm.

Elə xoşbəxtlik mənim də şansıma düşdü. Festival çərçivəsində "Kristal hall"da Miri Yusif, Kənan Doğulu və mən çıxış etmişəm. 65-53 min insan var idi. Minlərlə bir yerdə mahnı oxumaq insanda gözəl təəssürat yaradır. Mənim paylaşımım qalmaqal yaratdı. Bu mənim bir dəqiqəlik video çarxım idi, paylaşdım. Heç kimdən icazə almayacaqdım. Hansı addımı niyə atıramsa, nəticə nə olacaqsa, gözəl bilirəm. 

Hər qadının səmimiyyətini hiss edə bilirəm. Aygün Kazımovanın həqiqi olduğunu anladım. Onu gördüm ki, insan tam başqa şeylərin xəyalındadır. O da möhtəşəm konset vermək arzusudna idi və bunu gerçəkləşdirdi"./axşam.az