"Kurtlar Vadisi" geri qayıdır

09 Sentyabr, 2019 14:55 | Mədəniyyət | Baxış sayı: 946
"Kurtlar Vadisi"
"Kurtlar Vadisi"

Bu dəfə "Netflix" də yayımlanacaq

"Kurtlar Vadisi" əfsanəsi geri qayıdır. Serial yenidən yayımlanmağa başlayacaq. Son 2 mövsümdə heç bir kanalda görünməyən məşhur serial "Netflix"ilə razılaşıb. 

"Netflix" filmin yeni seriyalarını nümayiş etdirmək üçün "Pana film" ilə razılıq əldə edib. Ötən il "Kanal D" və TRT ilə müqaviləsi son anda pozulan serial izləyici ilə 2020-ci ildə yeni adı ilə görüşəcək. 

"Kurtlar Vadisi Xaos"un çəkilişləri noyabr ayından başlayacaq. Baş rolda illər öncə olduğu kimi Polad Alemdar (Necati Şaşmaz) yer alacaq.