Elzadan qalmaqallı şeirin davamı - "Tikin məni"

09 Sentyabr, 2017 10:38 | Mədəniyyət | Baxış sayı: 1084
Elza Seyidcahan
Elza Seyidcahan

Müğənni rezonans yaradan şeirini tam formada paylaşdı

Əməkdar artist Elza Seyidcahan yeni şeri ilə gündəmə gəlib. İstiPress xəbər verir ki, bu E.Seyidcahanın böyük rezonansa səbəb olan "Tikim" şeirinin davamıdır. Yeni "əsəri"ni o "İnstagram" hesabında paylaşıb.

Sözügedən şeiri təqdim edirik:

TİKİM
Tïkin məni divarlara
Hörük olum.
Dəlik olum qaranlıqdan
Baxanlara 
İşıq olum. 
Ucanlara səmalarda 
Qanad olum.
Selik olum ağızlardan
Axanlara.
Tikim, tikim məbəd olum.
Nizələrə taxın məni,
Tökün məni kuzələrə,
Badələrə süzün məni.

Zirvələrdə, yüksəklərə
Çapın məni.
Məşəllərə sancın məni.
Tikim sizi gübbələrdə,
Naxışlarda. 
Sərin məni,
Sərin sular ürəklərə yayılsın.
Vurun məni, 
Könüllərin zirvəsinə
Taxın məni.
Dülgərlərin ən şərəfli 
Sənətində döyün məni, 
Görün məni
Yuxularınız çin olanda. 

Sevin məni.
Öyün meni dostlarınızla
Masalarda, döyüşlərdə. 
Tapın məni axtaranda,
Səpin məni gözlerinizə
Təpin məni.
Çəkin məni, nazımı çəkin
Qurtaran deyil.
Tərəzidə yükümə baxın
Seçin məni
Dönən deyil.
Vurun məni mismarlara.
Tikim sizin ağzınızı 
Qırxayaq kimi.
Dartım, sıxım sapınızı 
Barama kimi.
Geyim çırıq çorabımı
Çatana kimi.
CIRIN-CIRIN
Siz də, geyin, cırın, qaçın
Xəyallara batana kimi.

Tikim sizin ağzınızı 
Boğana kimi, yatana kimi.
Çıxan sözün mənasını
Bilim sizin ağzınızdan 
Sizə ziyan,
Bizə tiyan,
Ona tikan.
Mənə böhtan
Atanların halına baxın.
Həkk, həkk, həkk edin.

Söyün məni, soyunum töküm
Kirimi, kirimi bəlli olum
Kinimi, kinimi
Bələyini büküm, beşiyə atım
Dərəyə çatım, qəbirə baxım.
Qorxum qaçım dağlara çapım.
Göydən yerə daş yağdı,
Tikim sizi.
Torpaqdan göyə qar yağdı
Oynadım sizi.
Qaya üstünde qurd yatdı
Didim sizi. 
Çəmən üstə şeh azdı
Yolu azdı. 
Tarixlərə qol yazdı.

Siz də tikin
Tikin məni.
Yaman sözler,
Yanan sözlər.
Məsh sözlər
Məst sözler,
İlahilər oxuyum.
Həkk, həkk, həkk edin
Aşiqləri.
Tərk, tərk, tərk edin
Cahilleri.