Azərbaycanlı müğənnilər yarımmilyonluq maşınlarını nümayiş etdirdi (FOTO)

09 Avqust, 2017 17:36 | Mədəniyyət | Baxış sayı: 775

İfaçı sosial şəbəkədə istirahətdən fotolarını yayıb

Azərbaycanda istirahət edən müğənni Xəyyam Nisanov bahalı maşının görüntülərini yayıb. İstiPress Baku.ws saytına istinadən xəbər verir ki, ifaçı Azərbaycanda istirahət edir. O, müğənni Ədalət Şükürov və"Bozbaş Picturues”in üzvü Ramil Babayevlə birgə villada vaxt keçiriblər.

İfaçı sosial şəbəkədə istirahətdən fotolarını yayıb. Fotolarda ifaçının lüks avtomobili "Bentley Continental GT V8" də görüntülənib. Qeyd edək ki, həmin maşının qiyməti təxminən 250 min dollardır (426 min AZN).