Azərbaycanlı müğənni genetiklə nişanlandı FOTO

09 Mart, 2020 09:37 | Mədəniyyət | Baxış sayı: 231
Sevda Yəhyayeva
Sevda Yəhyayeva

İfaçının nişan və elçiliyi bayram günü baş tutub

Azərbaycanda daha bir müğənni subaylığın daşını atıb. Ölkə şou biznesinin tanınmış simalarından biri olan Sevda Yəhyayeva nişanlanıb. Sənətçinin elçilik və "həri" mərasimi evdə baş tutub. 

Bu barədə o özü "İnstagram" səhifəsində məliumat paylaşıb. İfaçı elçilik tortunu və nişan üzzüyünü nümayiş edirərərk belə yazıb:

Ellərə dilək gəlsin,
Tellərə bəzək gəlsin. 
Kaş ki bütün qızlara, 
Cənnətdən üzük gəlsin.
Mən getdim...

Qeyd edək ki, Sevda Zakir Bayramov adlı həkimlə münasibətlərini rəsmiləşdirib. Onun nişanlısı paytaxtdakı klinikalardan birində genetik-laborant olaraq çalışır.