"Qafqaz əsiri"nin daha bir ulduzu öldü FOTOLAR

09 Mart, 2019 15:22 | Mədəniyyət | Baxış sayı: 182
Vladimir Etuş
Vladimir Etuş

Xalq artisti Vladimir Etuş 97 yaşında keçinib

SSRİ xalq artisti Vladimir Etuş 97 yaşında dünyasını dəyişib. İstiPress-in Rusiya mətbuatına istinadla verdiyi məlumata görə, Yevgeni Vaxtanqov adına Moskva teatrının mətbuat katibi bildirib.

Xalq artistinin ölüm səbəbi açıqlanmayıb. Teatrın direktoru Kiril Krokun sözlərinə görə, aktyor xəstəxanada keçinib.

Bundan əvvəl V.Etuş bir neçə dəfə səhhətində yaranmış problemlə bağlı xəstəxanaya yerləşdirilmişdi. Sonuncu dəfə onun vəziyyəti yanvar ayının sonlarında, tamaşa öncəsi pisləşmişdi. Nəticədə Vaxtanqov teatrı "Benefis" tamaşasını repertuarından çıxarmalı olumuşdu. 

Aktyorla vida mərasimi teatrda baş tutacaq. Lakin hələlik mərasimin vaxtı bəlli deyil.

Xatırladaq ki, Vladimir Etuş 150-dən artıq filmə çəkilib. Lakin onun ən məşhur rolları "Qafqaz əsiri və ya Şurikin yeni macəraları", "12 stul", "İvan Vasilyeviç peşəsini dəyişir" kimi komediyalarında olub.