Prezident Şarovskini mükafatlandırdı

09 Fevral, 2018 19:50 | Mədəniyyət | Baxış sayı: 24
 Aleksandr Şarovski
Aleksandr Şarovski

Rejissora “Şərəf” ordeni verilib

Azərbaycan prezidenti İlham Əliyev Aleksandr Yakovleviç Şarovskinin “Şərəf” ordeni ilə təltif edilməsi haqqında sərəncam imzalayıb.

A. Şarovski Azərbaycan mədəniyyətinin inkişafında böyük xidmətlərinə görə təltif edilib.

Aleksanr Yakovleviç Şarovski 1948-ci ildə Bakıda anadan olub. O, 1973-cü ildə Azərbaycan Dövlət xarici dillər İnstitutunu bitirmişdir. 1967-ci ildən QTT aktyoru, 1976-ci ildən S.Vurğun ad. Rus Dram teatrının aktyoru, 1991-ci ildən quruluşçu-rejissor, 1993-cü ildən teatrın baş rejissoru vəzifələrində işləyir.

Bu illər ərzində səhnədə 50-dən çox rol oynamış, 4 kinofilmdə çəkilmiş, 54 tamaşa qurub.

1988-ci ildə A.Şarovski "Əməkdar artist", 1999-cu ildə "Xalq artisti" fəxri adlarına layiq görülmüşdür. 2005-ci ildən Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdçüsüdür.