Emin yeni il günü doğulan qızını göstərdi FOTO

09 Yanvar, 2019 09:22 | Mədəniyyət | Baxış sayı: 162
Körpə
Körpə

Xalq artisti özünü 4-cü dəfə xoşbəxt ata adlandırıb

Yeni il günü növbəti dəfə ata olan Azərbaycanın xalq artisti, müğənni, bəstəkar və iş adamı Emin Ağalarov körpəsinin ilk fotosunu paylaşıb.

İstiPress-in məlumatına görə, o fotonu "İnstagram" səhifəsində yerləşdirib. Həyat yoldaşı Alina Qavrilova və qızı ilə olan fotosunu o "Xoşbəxt ata x4. Bütün uşaqlara ancaq sağlamlıq arzulayıram" deyə şərh edib. 

Fotoda körpənin üzü görünmür. Əmin isə ona paltar geyindirir. Müğənninin izləyiciləri ata olması münasibəti ilə onu təbrik ediblər. Foto qısa zamanda on minlərlə insan tərəfindən bəyənilib. 

Xatırladaq ki, ifaçının Leyla Əliyeva ilə olan evliliyindən əkiz oğlanları var. Bundan başqa o Heydər Əliyev Fondunun vitse prezidenti L.Əliyevanın övldlığa götürdüyü Əminə adlı qızı da himayəsinə götürüb.