Türkan Şoray qızına görə vətənindən getdi

09 Yanvar, 2017 21:54 | Mədəniyyət | Baxış sayı: 83
Türkan Şoray
Türkan Şoray

Türkanın yeni evinin dizayn işləri ilə qızı məşğul olub

Aktrisa Türkan Şorayın qızı Yağmur Ünal Londondakı yeni evinə köçmək üçün anasından köçək istəyib.

İstiPress-in Milliyet-ə istinadən məlumatına görə, aktrisa qızının bu istəyinə görə bacısı Nazan Şorayla birgə təcili Londona gedib.

Xatırladaq ki, T.Şorayın baş rolda qızını çəkdiyi “Uzaqlarda axtarma” adlı filmi uğursuzluqla qarşılanmış və xeyli ziyana düşmüşdü. Bundan sonra ziyanı ödəmək üçün aktrisa İstanbulun Etiler məhəlləsindəki böyük malikanəsini satıb Çubuklu məhəlləsində özünə, Londonda qızı Yağmura ev alıb. Qalan pulla isə borcu bağlayıb.

Türkanın yeni evinin dizayn işləri ilə qızı məşğul olub.