Röya villa tikdirən həmkarlarına söz atdı - VİDEO

09 Yanvar, 2017 16:53 | Mədəniyyət | Baxış sayı: 94
Röya Ayxan
Röya Ayxan

Əməkdar artist qazandıqlarını sənətə xərclədiyini açıqlayıb

Əməkdar artist Röya Ayxan qazancından danışıb.

İstiPress xəbər verir ki, sənətçi 10 toydan qazandıqlarından 7-nin pulu studiyaya, mahnılarıma, aranjiman və geyimlərinə xərclədiyini bildirib:

"Cəmi 1 bina evim, bir bağ evim və  maşınım var. Bunlar mənə bəs edir. Bir maşınla hara lazımdırsa, gedirəm. Başqaları niyə lazım? Mən sənət əvəzinə pullarına villa tikdirənləri anlamıram. Baxırsan ki, 5-6 villa, 5-6 lüks avtomobil".

Əməkdar artist həmçinin həmkarlarının yerli şou biznesdə mövcud olan durğunluğa da aydınlıq gətirib:

"Deyirlər guya ki, durğunluqdur. Sadəcə işləmək istəmirlər. Əvvəllər rəqabət aparıb iş görüblər. Amma indi işləmirlər. Adını da qoyublar ki, guya durğunluqdur".