"Rembo"nun qürur gecəsi - 3 qızı ilə heyran etdi (FOTOLAR)

09 Yanvar, 2017 13:05 | Mədəniyyət | Baxış sayı: 90
"Rembo"nun qızları
"Rembo"nun qızları

Bacılar məşhurları belə geridə qoyublar

Ötən gün ABŞ-da - Los Ancelesdə baş tutan "Qızıl Qlobus" mükafatlarının təqdimatı bir çox maraqlı məqamla yadda qalıb. Dünya ulduzları qırmızı xalıda əsl gözəllik yarışına çıxıblar.

İstiPress-in məlumatına görə, gecənin ən çox diqqət çəkəni isə"Rembo" kimi tanınan aktyor Silvestr Stallone və ailə üzvləri olub. Stallone və həyat yoldaşı Cennifer Flavin gecəyə 3 qızları ilə qatılıblar. 

Sistin, Skarlet və Sofia Stallone aparıcı Cimmi Fallonanın köməkçiləri kimi səhnəyə çıxıblar. 

Üç bacı gənc yaşlarına baxmayaraq gecəyə qatılmaq üçün zəriflik rəmzi hesab edilən qaraya üstünlük veriblər. Bacılar sadə və zərif görüntü yaradıblar. Onlar gözəllikləri və zərafətləri ilə bir çox məşhuru belə geridə qoya biliblər.