"İçerde"nin oyunçuları ölümdən belə döndü - FOTO

09 Yanvar, 2017 16:35 | Mədəniyyət | Baxış sayı: 49
"İçerde" belə xilas edildi
"İçerde" belə xilas edildi

80 nəfər 20 maşınla meşədə qara "əsir" düşmüşdü

Türkiyədə yağan güclü qar gündəlik həyatla yanaşı serial çəkilişlərində də problem yaradıb. İstiPress-in məlumatına görə, son zamanların ən baxımlı serialı olan "İçerde"nin kollektivi çətin vəziyyətdə qalmışdı. Belqrad meşəsində çətin vəziyyətdə qalan kollektivin xilasetmə görüntüləri yayılıb.  

Aktyorların və texniki heyətin köməyinə Alemdağ Jandarma Komando Taboru uzun sürən əməliyyatdan sonra onların maşınlarını qardan çıxara biliblər.

Serialda Coşğun obrazına həyat verən Nebil Sayın çəkiliş üçün meşəyə gedən 80 nəfər, 20 maşının 8 saat qara batdığını və ərazini tərk etməyin mümkün olmadığını demişdi. O, xilasedicilərin əllərindən gələni etdiklərini, amma meşəyə gəlib çıxa bilmədiklərini qeyd edib.