Biznesmendən hamilə arvadına "Land Rover" hədiyyəsi (FOTOLAR)

09 Yanvar, 2017 12:13 | Mədəniyyət | Baxış sayı: 67
Pelin Karahan və həyat yoldaşı
Pelin Karahan və həyat yoldaşı

Aktirsa hələ doğulmayan ikici oğlu üçün mükafatalandırılıb

Türkiyənin ən məşhur və sevilən aktrisalarından birinə həyat yoldaşı bahalı hədiyyə edib. İstiPress-in Türkiyə mətbuatına istiadla verdiyi məlumata görə, iş adamı Bedri Güntay hamilə olan aktrisa Pelin Karahana ikinci uşaq hədiyyəsini edib.

Azərbaycan tamaşaçısının daha çox "Kavak Yelləri", "Yetər" kimi seriallar, o cümlədən rol aldığı reklamlardan tanıdığı mavigözlü aktrisa ikinci oğlunu dünyaya gətirməyə hazırlaşır. Onun ilk övladı - oğlu Əli Dəmir 2014-cü ildə doğulub. O zaman əri aktrisaya doğum hədiyyəsi olaraq son model "Land Rover" cip bağışlamışdı. 

Güntay ikinci övladı üçün də heç bir xərcdən çəkinməyib. O, həyat yoldaşına sürdüyü maşının yeni modelini alıb. 

"Land Rover" üçün üçün 700 min lirə (təqribən 360 min manat) ödəyən iş adamı maşının nömrəsini də həyat yoldaşının adına uyğun seçib.