Azərbaycanlı biznesmenin sevgilisi: "Eybəcərsiz.." - FOTO

09 Yanvar, 2017 11:28 | Mədəniyyət | Baxış sayı: 118
Anastasiya Voloçkova - balerina
Anastasiya Voloçkova - balerina

Balerinanın izləyicisi həmin şərhdə A.Voloçkovanın bədənini tənqid edib

Məşhur rusiyalı balerina Anastasiya Voloçkova  sosial şəbəkədə izləyicisini biabır edib. İstiPress-in məlumatına görə, balerina “İnstaqram” hesabında izləyicisinin yazdığı şərhin şəklini çəkərək öz profilində paylaşıb. 

Balerinanın izləyicisi həmin şərhdə A.Voloçkovanın bədənini tənqid edib. Sosial şəbəkədə populyar olan balerina isə ona cavab verib. “Mənim bu məxluqa qarşı cavabım yoxdur. Mənim buna bir sualım var: Niyə axı eybəcər anormallar sürü kimi mənim səhfəmi izləyirlər?”

Qeyd edək ki, Anastasiya Voloçkova azərbaycanlı biznesmen Bəxtiyar Səlimovla öz sevgi romanları ilə gündəmdə olub. Bu yaxınlarda Bəxtiyar Səlimovdan ayrılan Anastasiya qısa müddətdə özünə yeni sevgili tapıb. Bakıda anadan olan 47 yaşlı iş adamı Bəxtiyar Səlimov bir neçə il Voloçkova ilə sevgili olub.