80 yaşlı atalığı ilə evlənən aktrisa Azərbaycana görə ABŞ-a qaçıb? FOTO

08 Noyabr, 2019 11:45 | Mədəniyyət | Baxış sayı: 499
Meltem Miraloğlu
Meltem Miraloğlu

Ana olmaq istəyən 32 yaşlı Meltem Miraloğlunun qaçışı ilə bağlı iddia

ABŞ-a köçərək özündən 48 yaş böyük kişi ilə ailə quran məşhur türkiyəli aktrisanın ölkəsindən qaçmasının səbəbi bəlli olub. Evləndiyi 80 yaşlı amerikalıdan övlad sahibi olmaq üçün süni mayalanma müalicəsinə başlamağa hazırlaşan 32 yaşlı Meltem Miraloğlu Azərbaycanda baş verən insidentdən sonra ABŞ-a gedib.

Adı erkən nikahlardan bəhs edən "Həyat davam edir" adlı serialdan sonra daha da məşhurlaşan Miraloğlu ABŞ-a köçəndən sonra onu övladlığa götürən Patrik adlı yaşlı kişi ilə evlənmişdi. 

Daha öncə də Miraloğlu gizli evliliyinin üstünü açan Onur Akay TV8-də yayımlanan "Gəl danışaq" verilişinə telefonla qoşularaq maraqlı açıqlamalr verib. O, bildirib ki, aktrisa Azərbaycanda baş verən hadisədən sonra ABŞ-a getmək qərarına gəlib.

"Meltem ABŞ-dan öncə Azərbaycanda gedib və orada bir filmin təqdimatına qatılıb. Təqdimat zamanı yanaındakı müğənnilərədn biri ilə böyük hadisə baş verib. Yanında olanların mənə dedikləri bir iddia var. Mən də çox təəccübləndim. Bir oğuluq hadisəsindən bəhs etdilər. Yəni ABŞ-a məcburiyyətdən qaçıb". 

Akay onun özündən dəfələrlə yaşlı həyat yoldaşı haqqında da danışıb. Onun sözlərinə görə, Patrik ahıl olduğu üçün qısırlaşdırma əməliyyatı keçirib və uşağı olmaq ehtimalı yoxdur.