Beyons azərbaycanlı dizaynerdən geyindi FOTO

08 Noyabr, 2018 12:03 | Mədəniyyət | Baxış sayı: 174
Beyons
Beyons

Rüfət İsmayıl “Affair” brendinin yaradıcısıdır

Dünya şöhrətli ifaçı Beyons azərbaycanlı dizayner Rüfət İsmayılın kolleksiyasına müraciət edib. Bu barədə Rüfət İsmayıl özü sosial media hesabında məlumat verib. “Beyonsu 2019-cu ilin dəbli idman geyimində görmək məni həyəcanlandırdı”, - deyə Rüfət İsmayıl şəxsi “İnstagram” səhifəsində yazıb.

Rüfət İsmayıl “Affair” brendinin yaradıcısıdır. Rüfət İsmayıl kolleksiyaları Milan, İtaliya, Nyu-York, Dubay, Türkiyə və İran moda həftələri kimi möhtəşəm tədbirlərdə nümayiş etdirilən ilk və yeganə Azərbaycan və Türkiyə dizayneridir.

Dizaynerin kolleksiyalarından birinin dünya moda sənayesinin əsas mərkəzi – “Pitti Uomo”da təqdim edilməsi onun beynəlxalq miqyasda istedadlı bir insan kimi tanınmasının göstəricisidir. Türkiyə Moda Dizaynerləri Assosiasiyası azərbaycanlı modelyer Rüfət İsmayılı “Türkiyənin ən yaxşı dizayneri-2018” mükafatına layiq görüb. Önun geyimləri Nyu-York Moda Həftəsində nümayiş olunub.