Amaliya Pənahovanın niyə və necə öldü?

08 Noyabr, 2018 14:20 | Mədəniyyət | Baxış sayı: 627
Amaliya Pənahova
Amaliya Pənahova

Aktrisa uzun müddət ağır xəstəlikdən əziyyət çəkib

Xalq artisti Amaliya Pənahova uzun müddət xərçəng xəstəliyindən əziyyət çəkib.

İstiPress-in məlumatına görə, aktrisa bu gün səhər saatlarında Türkiyəyə getməyə hazırlaşırmış, qəflətən halı pisləşib və dünyasını dəyişib.

Milli Onkologiya Mərkəzinin baş həkimi Azad Kərimli "Sputnik"ə  bildirib ki, A.Pənahovanın onkoloji xəstəlikdən əziyyət çəkdiyini və uzun zamandır müalicə olunduğunu təsdiqləyib.

"Amaliya xanımın qızı anasının xəstəliyi barədə məlumat yayılmasını istəmir. Bu səbəbdən ətraflı məlumat verə bilməyəcəm. Allah rəhmət eləsin".

Səhiyyə Nazirliyinin mətbuat xidmətindən isə "Sputnik"ə verilən məlumata görə, Xalq artistinin ölümü ilə bağlı Təcili Tibbi Yardım Xidmətinə çağırış daxil olmayıb. Bu hal da o ehtimalı yaradır ki, A.Pənahova müalicə aldığı xəstəxanada — Milli Onkologiya Mərkəzində vəfat edib.

Qeyd edək ki, Amaliya Əliş qızı Pənahova 1945-ci ildə anadan olub. Azərbaycanın teatr və kino aktrisası, televiziya rejissoru kimi çalışıb. Azərbaycanın xalq artisti, Azərbaycan SSR Dövlət Mükafatı laureatı olub.