Amaliya Pənahova vəfat etdi YENİLƏNİB

08 Noyabr, 2018 11:45 | Mədəniyyət | Baxış sayı: 861
Amaliya Pənahova
Amaliya Pənahova

Xalq artisti ilə vida sabah olacaq

Azərbaycanın xalq artisti Amaliya Pənahova ilə vida mərasimi sabah Akademik Milli Dram Teatrında keçiriləcək. Mərasim ayın 9-da saat 11:00-da başlayacaq.

Aktrisanın harada dəfn ediləcəyi hələlik açıqlanmayıb. 

Saat 10:03

Azərbaycanın xalq artisti Amaliya Pənahova vəfat edib. Aktrisa noyabrın 8-də 73 yaşında dünyasını dəyişib.

Qeyd edək ki, Amaliya Əliş qızı Pənahova 1945-ci ilin iyunun 15-də Gəncə şəhərində anadan olub. 1966-cı ildə M.A.Əliyev adına Azərbaycan Dövlət Teatr İnstitutunun Dram və kino aktyorluğu ixtisasını bitirib. 

1964-cü ildən ömrünün sonunadək teatr və kino sahəsində beş yüzdən artıq obraz yaradıb. Onlardan Tomris, Natəvan, Medeya, Burla Xatun, Məhsəti, Larisa, Ofeliya, Linza kimi rolları qeyd etmək olar.

A.Pənahova Azərbaycan teatr və kino aktrisası, televiziya rejissoru, Azərbaycan SSR xalq artisti (1985), Azərbaycan SSR Dövlət Mükafatı laureatı, sənətşünaslıq doktoru, professor, 2000–2005-ci illərdə Azərbaycan Respublikası Milli Məclisinin millət vəkili, Bakı Bələdiyyə teatrının bədii rəhbəri və direktoru olub. 

Allah rəhmət eləsin!