Azərbaycanlı müğənni estetiklə tanınmaz hala düşdü FOTOLAR

08 Sentyabr, 2017 10:10 | Mədəniyyət | Baxış sayı: 607
Günel və Birce Akalay
Günel və Birce Akalay

O, burnunu kəsdirib, yanaqlarına dolğu vurdurub

Hələ 13 yaşaında olarkən Bakıda konsert verən Türkiyə musiqi dünyasının imperatoru İbrahim Tatlısəsin diqqətini çəkən azərbaycanlı müğənni tanınmaz hala düşüb. İstiPress-in məlumatına görə, 13 yaşında Tatlısəsin kəşf etdiyi Azəri qızı Günel yeni albomu üçün imicini tamamilə dəyişib.

Son bir neçə ilə kimi qaşlarını belə aldırmayan Günel Zeynalova bir müddət öncə burnunda plastik əməliyyat etdirib.  

31 yaşlı müğənni "Azılı bəla" albomu üzərində işi də artıq bitirmək üzrədir. Radikal dəyişiklikdə məhz bu albomla bağlıdır. Azəri qızı qaşları və yanaqlarına da dolğu əlavə etdirib və başbaşqa bir qadına çevrilib.

İfaçı yeni imicində fotolarını müntəzəm olaraq "İnstagram" səhifəsində paylaşır. 400 minə yaxın izləyiçisi olan Güneli heyranları məşhur aktrisa Birce Akalaya bənzədiblər.