Dünya ulduzu qayınanasına görə Bakıya gəldi

08 Avqust, 2019 12:10 | Mədəniyyət | Baxış sayı: 214
Ailə fotosu
Ailə fotosu

İfaçı ərinin anasıa görə Maldiv tətilini Azərbaycanla əvəz edib

Dünyanın ən tanınmış opera ifaçılarından olan Anna Netrebko qayınanasının yubileyində iştirak etmək üçün Bakıya gəlib. Azərbaycanlı tenor Yusif Eyvazovla ailəli olan rusiyalı məşhur bu il öz məzuniyyətini adətən üz tutduğu Maldiv və Balidə yox, Azərbaycanda keçirib.

O, qayınanası Şəfiqə Məmmədovanın 75 illik yubileyinə qatılıb. Ad günündən, qohumların əhatəsində olan fotolarını o "İnstagram" səhifəsində paylaşıb. 

"Əziz Şəfiqə xanım, 75 yaşınız mübarək. Sizə can sağlığı, enerji və xoşbəxt illər arzulayıram! Rus-azərbaycanlı ailəniz sizi çox sevir".

Yusif və Anna 2015-ci ildə ailə qurublar.