Yüzlərlə məşhuru Qəbələyə toplayan festival bitdi

08 Avqust, 2018 10:32 | Mədəniyyət | Baxış sayı: 26
Qəbələ musiqi festivalı
Qəbələ musiqi festivalı

Bağlanış mərasimi ötən gün olub

Heydər Əliyev Fondunun təşkilatçılığı, Mədəniyyət Nazirliyinin və “Gilan Holdinq”in dəstəyi ilə keçirilən X Qəbələ Beynəlxalq Musiqi Festivalı başa çatdı.  İyulun 30-da başlanan və doqquz gün davam edən musiqi bayramında Rusiya, İsrail, ABŞ, İsveçrə, Avstriya, Kuba, Macarıstan, Türkiyə, İspaniya, İtaliya, Gürcüstan kimi ölkələrdən dünya şöhrətli dirijor, ifaçı və kollektivlər, həmçinin Azərbaycanın tanınmış musiqi kollektivləri iştirak ediblər.

Ötən gün Qəbələ Rayon Mədəniyyət Mərkəzində X Qəbələ Beynəlxalq Musiqi Festivalının bağlanış mərasimi və yekun konserti olub. Bağlanış mərasimində Yerusəlim simfonik orkestrinin müşayiəti ilə tamaşaçılara “Viva opera” konsert proqramı təqdim olunub.

X Qəbələ Beynəlxalq Musiqi Festivalı atəşfəşanlıqla başa çatıb.