Röya Elnarə qalmaqalı qızışır: "Sən konsert verirsən, mən uşaq doğuram" FOTO

08 Avqust, 2018 14:12 | Mədəniyyət | Baxış sayı: 248
Elnarə Xəlilova- müğənni
Elnarə Xəlilova- müğənni

"Gözün özündən başqa heç kimi görmür"

Əməkdar artist Röya Ayxanla həmkarı Elnarə arasında mübahisə qızışır. Elnarə Röyanın onun barəsində dediklərinə "İnstagram" səhifəsindən cavab verib. 

"Həyatda hamıdan hər şey görmüşəm. Amma səndən bunu gözləmirdim. Qarabağlılara yox, barı tonla kəsdiyimiz çörəyə hörmət edəydin. Mənə çox sağ ol demək əvəzinə ünvanıma yazdığın sözlərə bax. Mahnı mahnıya oxşayar da, mahnını mahnıdan götürərlər. Sənin ünvanına bir söz deyən oldu Röya Ayxan??? Mahnında problem var get mahnını düzəldənlərin boğazından yapış ki, ətək-ətək pul tökmüşəm sizə bu nədi eləmisiz? Məni niyə iynələyirsən? Ey Ulduzların Ulduzu! Ey Starların Starı! Ey Əməkdarların Əməkdarı! Sənə ancaq tərif yağdıranda xoşuna gəlir? Səndə qüsur ola bilməz? Sənin ən böyük problemin də elə budur! Özünə o qədər vurğunsan ki, gözün özündən başqa heç kimi görmür. Bilsəydim özünü təsdiq etmək üçün efirdə erməni mahnısı oxuyanın ümidinə qalacaqsan heç sənə kömək eləməzdim".

İfamı qeyd edib ki, iş görməsə, trend olmasa, tələbatlı olmasa bu qədər şirkətlər onu özlərinə sima seçməzdilər. "Sən də oxuyursan, mən də. Sənin öz izləyicin, mənim öz. Sən də klip çəkdirirsən, mən də. Sən konsert verirsən. Mən uşaq doğuram. Bu da mənim konsertim və uğurumdu! Sən birini də verirsən. Mən birini də doğuram. Nəyi pisdir ki? Səndə o var. Məndə bu. Yeri gəlmişkən, təhsil dedim yadıma düşdü. Bütün Azərbaycan bilir ki, mən pulsuz təhsil almışam, söhbət sənin mənə guya verdiyin hansı təhsilin haqqından gedir?".

Xatırladaq ki, bir neçə gün öncə Röya “Mənə sevgindən bəhs et” adlı yeni mahnısını təqdim edib. Müğənni Elnarə Xəlilova Uitni Hyustonun “I have nothing” mahnısını paylaşıb. İzləyicilər də bu ifa ilə Röyanın son mahnısı arasında bənzərlik olduğunu bildiriblər.  Elnarə ona "Elə bildim Röyanın mahnısıdır" şərhini yazan izləyicisinə "Oxşayır, yox?" cavabını verib.

Dörd uşaq anası olan müğənninin bu statusuna Röyanın cavabaı gecikməyib. O da, elə "İnstagram" səhifəsindən həmkarının cavabını verib. 

"Məni dindirmə qız, qarabağlılara hörmətim var, pozma. Xanım Elnarə, siz oxumuş qadınsız. Sadə insanları maarifləndirməlisiz. Bunu deməyə haqqım var. Çünki unutmadınızsa, təhsilinizin çətin dönəmində Allah məni sizə yetirmişdi. Xırdalamayaq, düzdürmü? Hara, necə, nə cür...

Onu qoydum bir kənara. Siz axı hər şeydən xəbərdar, "stildar", "bilikdar", peşəkar izləyicisiz. Onda elə çıxır ki CeyLonu dəvət edək sual verək ki, "Lambada"nı niyə öz mahnısına salıb oxudu? Tam deyil, amma oxşarlıq varsa, təbii ki, rəhmətliyin əsərinə bənzəməsi şərəfdir. Mən axı canlı ölüləri harama qoyacam?".