Milyonçu ata 6 uşağına aliment verməkdən imtina etdi

08 Avqust, 2018 11:04 | Mədəniyyət | Baxış sayı: 82
Bred Pitt və Ancelina Coli
Bred Pitt və Ancelina Coli

Məşhur aktrisa xərcləri çatdırmır

Dünya şöhrətli aktyor Bred Pitt övladlarına aliment verməkdən imtina etdi. İstiPress-in məlumatına görə, bu barədə onun keçmiş həyat yoldaşı Ancelina Coli bildirib.

Ayrılıqlarının üzərindən uzun müddət keçsə də, Pitt yarım ildir ki, ailəsinə hər hansı maddi yardım etməkdən imtina edir. 

Yığılan borcun miqdarı isə böyükdür -1,5 milyon dollardan çox. Cütlüyün 6 övladının ancaq təhsil haqqının 5 milyon dollar civarındadır. 

Aktyorun vəkilləri isə Bred Pittə haqq qazandırırlar. Onlar bundan sonra da məhkəmədə bərabər himayədarlıq üçün çalışacaqlarını deyiblər. 

Xatırladaq ki, bir zamanlar dünyanın ən gözl cütülüyü hesab edilən Ancelina Coli və Bred Pittin 6 övladı var. Onlardan üçü doğma, üçü isə övladlıqdır. Uşaqların hamısı Ancelina Colinin himayaəsindədir.