Dünyanın ən gözəl qadını ilə kişisinin qızı cinsini dəyişir

08 İyun, 2019 14:31 | Mədəniyyət | Baxış sayı: 226
Ancelina Coli və övladları
Ancelina Coli və övladları

Yeniyetmə qız artıq hormonal dərman qəbuluna da başlayıb

Dünyanın ən gözəl qadınlarından biri olan Ancelina Colinin qızı cinsini dəyişmək istəyir. Bu barədə "La Nacion" nəşri yazır. Nəşrin yazdığına görə, artıq yeniyetmə Şaylo hormonal dərmanların qəbuluna başlayıb. Coli və Bred Pittin ilk övladları olan Şaylo bu yolla daha kişiyə bənzər görkəm almaq istəyir. Hazırda boşanmış valideynləri də onun bu istəyinə hörmətlə yanaşırlar. 

Əslində Şaylo heç zaman özünü qız kimi hiss etməyib. Ən yaraşıqlı kişi ilə ən gözəl qadının qızları hələ uşaq yaşlarından qardaşları kimi geyinməyə meyilli olub. Coli özü müsahibələrindən birində demişdi ki, qızı oğlan geyimləri geyinir, hətta saçlarının belə oğlan kimi kəsilməsini istəyir.

Xatırladaq ki, A.Colinin Bred Pittlə bərabərliyindən 3 doğma övladı var. Aktrisa daha 3 uşağı övladlığa götürüb. 

Bred Pitt və Ancelina Coli
Bred Pitt və Ancelina Coli