Xalq artisti azərbaycanlı aktrisaya 16 minlik saat bağışladı VİDEO

08 İyun, 2018 12:30 | Mədəniyyət | Baxış sayı: 259
Hədiyyə
Hədiyyə

Aktrisa ən yaxşı kollajı hazırlayıb

Azərbaycanın Xalq artisti Emin Ağalarov 16200 manatlıq saat bağışladı. İstiPress-in məlumatına görə, gənc müğənni və iş adamı olan Emin hədiyyəni azərbaycanlı aktrisa, əfsanəvi "Bakılı oğlanlar" komandasının iştirakçısı Yana Nikitinaya edib. 

Ağalarov "Uboat Emin" müsabiqəsinin qalibinin adını "İnstagram" səhifəsində açıqlayıb. Müsabiqə nəticəsinə görə, iştirakçılar saat brendi ilə ifaçının yaradıcılığını əks etdirən ən parlaq anları montaj edərək video və ya foto kollaj hazırlamalı idilər. 

Aktrisa Emindən "Capsule EMIN Limited Edition" saatı qazanıb. Aksesuarda müğənninin adı, kəmərində isə imzası qeyd edilib. Məhdud sayda olan saat 30-cı illərin "sualtı kapsula" aparatını xatırladır.