“Eurovision - 2018”də bıçaqlanma

08 May, 2018 12:34 | Mədəniyyət | Baxış sayı: 191
Aysel Məmmədova (Aisel) - “Eurovision” mahnı müsabiqəsində Azərbaycan təmsilçisi
Aysel Məmmədova (Aisel) - “Eurovision” mahnı müsabiqəsində Azərbaycan təmsilçisi

Lissabon faciəsi

Portuqaliya paytaxtı Lissabonda “Eurovision - 2018” mahnı müsabiqəsinin işıqlandırmağa gələn yunan jurnalist Ancelas Dadalias naməlum şəxslər tərəfindən bıçaqlanıb.

İstiPress-in məlumatına görə, bu barədə “Aixmi” yunan portalı məlumat verir. Məlumata görə, naməlum adamlar yunan jurnalistə mayın 7-i səhər hüjum ediblər. Dadaliası xəstəxanaya gətirmiş tibb işçi ləri bildirir ki, o, ağrı şoku halınrdadır, ancaq yaraları həyati təhlükə daşımır. Həmçinin “Athens Voice” yazıb ki, jurnalistin 4 min avro pulu da oğurlanıb.

Ancelas Dadalias (solda) sevgilisi ilə
Ancelas Dadalias (solda) sevgilisi ilə

Qeyd edək ki, bu gün Portuqaliyanın paytaxtı Lissabonda “Eurovision” mahnı müsabiqəsinin birinci yarımfinalı keçiriləcək. Təmsilçimiz Aysel Məmmədova (Aisel) “X my heart” mahnısı ilə 1 nömrə altında çıxış edəcək. Müsabiqə 23:00-da İTV-də yayımlanacaq.