Rusiya "Eurovision"a yenə onu göndərir, Azərbaycan isə...

08 Fevral, 2019 09:09 | Mədəniyyət | Baxış sayı: 142
Sergey Lazarev
Sergey Lazarev

Lazarev üç il sonra yenidən ölkəsini təmsil edəcək

Bu ilin may ayında Təl - Əvivdə keçiriləcək “Eurovision–2019” mahnı müsabiqəsində şimal qonşumuz Rusiyanı təmsil edəcək müğənninin adı açıqlanıb. Yarışda Sergey Lazarev iştirak edəcək. Bu haqda Rusiyanın Dövlət Televiziya və Radio Yayımları Şirkətinin mətbuat xidməti məlumat yayıb.

Bu onun adıçəkilən müsabiqədə ikinci iştirakı olacaq. S.Lazarev ölkəsini “Eurovision-2016” mahnı müsabiqəsində də təmsil etmiş və üçüncü yeri tutmuşdu. 

Azərbaycanın “Eurovision 2019”dakı təmsilçisinin adı isə mart ayınadək açıqlanacaq. Seçim turunun finalına 4 ifaçı vəsiqə qazanıb. Bunlar  Tofiq Hacıyev, Çingiz Mustafayev, Ləman Dadaşova və Samirə Əfəndidir. Bir neçə gün öncə qalib qismində Çingiz Mustafayevin seçildiyi haqqında xəbərlər yayaılmışdı. lakin bu məlumat təsdiqini tapmayıb. 

Xatırladaq ki, müsabiqədə 42 ölkənin nümayəndəsi iştirak edəcək. Yarışmanın yarımfinalları mayın 14-də və 16-da, final isə mayın 18-də baş tutacaq. "Eurovision-2019" mahnı müsabiqəsinin şüarı "Dare to Dream" ("Arzulamağa cürət et") olacaq. İsrail təmsilçisi Netta Barzilay ötən il "Toy" ("Oyuncaq") mahnısı ilə müsabiqəsinin qalibi olub.