"Müsyö Jordan" öldü - 83 yaşında

08 Fevral, 2019 10:47 | Mədəniyyət | Baxış sayı: 116
1550572455_0_339_2918_1980_600x0_80_0_0_d530da603a588da95e7c41edebd1a0e4
1550572455_0_339_2918_1980_600x0_80_0_0_d530da603a588da95e7c41edebd1a0e4

Xalq artisti dekabrın sonunda xəstəxanaya yerləşdirilmişdi

SSRİ dövrünün daha bir məşhur simadı dünyasını dəyişdi. İstiPress-in məlumatına görə, Rusiyanın xalq artisti, Azərbaycan tamaşaçılarının da yaxşı tanıdığı aktyor Sergey Yurski 83 yaşında vəfat edib.O, ötən ilin sonunda səhhətində yaranmış problemlərlə bağlı olaraq Moskva xəstəxanalarının birinə çatdırılmışdı.

Azərbaycan tamaşaçıları Sergey Yurskini “Dərviş Parisi partladır” və “Qorxma, mən səninləyəm” filmlərindən yaxşı tanıyırlar.

Yurski 16 mart 1935 il tarixində Leninqrad (indiki Sankt-Peterburq) şəhərində anadan olub. 1959-cu ildə A. N. Ostrovski adına Leninqrad Teatr İnstitutunu bitirib. Gənc yaşından başlayaraq Yurski kino və teatrda müxtəlif rollar oynayıb və tezliklə də məşhurlaşıb. Sergey Yurskinin Azərbaycana da bağlılığı var. Belə ki,o,Azərbaycanda da filmlərə çəkilib və sevilib.

Xüsusilə onun "Dərviş Parisi partladır" filmində yaratdığı "Müsyö Jordan" obrazı bu günkü gündə də sevilə-sevilə izlənilir. Aktyor ekran əsərində fransız təbiətşünası "Müsyö Jordan" rolunu təbii və koloritli ifa etməklə bərabər, həm də personajın nitqinin səsləndirilməsini də məharətlə yerinə yetirib. Bundan başqa aktyor “Şir evdən getdi” filmində ovçu, “Bir ailəlik bağ evi” filmində direktor və “Qorxma, mən səninləyəm!” filmində pristav rollarını canlandırıb.